“Atletiko” “Arsenal”ın stadionundan UEFA-ya şikayət etdi

“Atletiko Madrid” UEFA-ya rəsmi şikayət göndərib. Buna səbəb, “Arsenal”la Çempionlar Liqasını matçı öncəsi Londondakı məşq zamanı “Emirates” stadionunda isti suyun olmaması olub.
90plus.az xəbər verir ki, Dieqo Simeonenin komandası yağışlı bir gündə Londonda məşq edib, amma məşq əsnasında futbolçular isti su olmadığı üçün duş qəbul edə bilməyiblər. Məsələ “Atletiko”nun təxminən saat 17:30-da stadionda olmasından dərhal sonra “Arsenal”ın personalına bildirilsə də, məşq bitənədək həll olunmayıb.
İspaniya klubu UEFA-nın əsas turniri çərçivəsində belə müasir bir stadionda bu cür sadə infrastruktur probleminin yaşanmasına təəccüblənib. Futbolçular və heyət duş qəbul etmək və matça hazırlaşmaq üçün geri - otelə qayıtmalı olublar.
“Atletiko” vəziyyəti qəbuledilməz hesab edərək UEFA-ya rəsmi etiraz göndərib (📎MARCA).
Qeyd: “Arsenal” oktyabrın 21-i “Emirates”də “Atletiko Madrid”i qəbul edəcək. Matç saat 23:00 başlayacaq.
© Copyright 2025, All Rights Reserved