"Atletiko" Belçikadan futbolçu alır
"Brügge"nin yarımmüdafiəçisi Aleksandar Stankoviç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Atletiko" serbiyalı futbolçunu transfer etmək niyyətindədir. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Madrid klubu Stankoviçi yay transfer dönəmində heyətinə qatmağa çalışacaq. "Atletiko" 20 yaşlı dayaq yarımmüdafiəçisi üçün Belçika təmsilçisinə 40 milyon avro ödəməyə hazırdır.
"Brügge" Aleksandar Stankoviçi mövsümün əvvəlində "İnter"dən 9,5 milyon avroya transfer edib. Serbiya millisinin üzvü bu mövsüm "mavi-qaralar"ın heyətində 41 rəsmi matçda meydana çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved