“Atletiko” “Liverpul” qarşısına itkilərlə çıxacaq

“Madrid Atletiko”nun hücumçusu Xulian Alvares sabah “Enfild” stadionunda “Liverpul”a qarşı keçiriləcək Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyununda iştirak etməyəcək.
90plus.az xəbər verir ki, buna futbolçunun dizində yaranan narahatlıq səbəb olub. Yarımmüdafiəçi Conni Kardoso da məşq zamanı aldığı zədəyə görə heyətdən kənarda qalıb.
Digər tərəfdən, slovakiyalı müdafiəçi David Xanko “Vilyareal” üzərində qazanılan qələbə zamanı ayaq biləyindən aldığı zədədən sağaldığı üçün siyahıya daxil edilib.
Hücum xəttində Aleksandr Serlot və Antuan Qrizmannın, cinahda isə Niko Qonzales və Culiano Simeonenin çıxış edəcəyi gözlənilir.
Tiago Almada və Aleks Baena da Premyer Liqasının çempionuna qarşı görüşdə iştirak edə bilməyəcək.
Qeyd: "Liverpul - Atletiko Madrid" matçə sabah saat 23:00-da İngiltərədə oynanılacaq.
© Copyright 2025, All Rights Reserved