"Atletiko Madrid" ABŞ-li oyunçu aldı

"Atletiko Madrid" yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, Madrid klubu "Betis"in üzvü Conni Kardosonu heyətinə cəlb edib. Bu barədə "Atletiko"nun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Amerikalı futbolçunun keçidi üçün "Betis"ə 24 milyon avro məbləğində təzminat ödənilib. 23 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Qeyd: Conni Kardoso 2024-cü ilin yanvarında Braziliyanın "İnternasional" klubundan "Betis"ə transfer olunmuşdu. ABŞ millisinin oyunçusu ötən mövsüm La Liqada 46 rəsmi qarşılaşmada iştirak edib, 4 qolla və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved