“Atletiko Madrid” “Liverpul”dan Endi Robertsonu transfer etmək istəyir

Tanınmış transfer eksperti Fabrizio Romano “Atletiko Madrid”in sol cinah müdafiəsini gücləndirmək üçün “Liverpul”un təcrübəli futbolçusu Endi Robertsonu transfer etmək istədiyini bildirib.
90plus.az xəbər verir ki, Romanoya görə, “Atletiko Madrid”in sol cinah müdafiəsi üçün birinci hədəfi məhz Endi Robertson sayılır və klub daxilində onun ideal namizəd olduğu düşünülür.
Bununla belə, “Liverpul” Robertsonu yüksək qiymətləndirir və onun komandadan ayrılması asan olmayacaq. Qeyd olunur ki, “Liverpul” tezliklə yeni transfer – Milos Kerkezi heyətinə qatmağa yaxın olsa da, Robertsonu buraxmaq niyyətində deyil.
Romano əlavə edib ki, “Atletiko Madrid”in transfer siyahısında Robertsonun adı hazırda Teo Hernandezdən daha yüksəkdə yer alır.
© Copyright 2025, All Rights Reserved