“Atletiko Madrid”in ulduzu PSJ-ə keçmək istəyir

Mövsümə “Atletiko Madrid” klubunda möhtəşəm başlayan Xulian Alvares qış transfer pəncərəsində komandadan ayrılmaq istəyir.
90plus.az xəbər verir ki, Argentina millisinin hücumçusunun əsas arzusu hazırda Çempionlar Liqasının son çempionu olan PSJ-ə keçməkdir.
“PSJ Inside Actus”un məlumatına görə, 2024-cü ilin yayında PSJ də daxil olmaqla bir neçə nəhəng klubdan təklif almasına baxmayaraq, Alvares seçimini “Atletiko Madrid”dən yana etmişdi. Lakin indi futbolçu fikrini dəyişərək karyerasını Fransada davam etdirmək niyyətindədir.
Buna baxmayaraq, “Atletiko Madrid” ilə olan müqaviləsi 2030-cu ilə qədər davam edən Alvaresin transferi heç də asan görünmür. Madrid klubu oyunçunu satmaq istəmir və əgər belə bir qərar qəbul olunarsa, tələb olunacaq məbləğ PSJ-nin hazırkı transfer siyasətinə uyğun gəlməyə bilər.
Qeyd: PSJ son illərdə transfer bazarında böyük məbləğlər xərcləməkdən çəkinir və bu səbəbdən Alvaresin yüksək qiyməti mümkün keçidi sual altına alır.
© Copyright 2025, All Rights Reserved