"Atletiko Madrid"in ulduzu qeyri-adi həyat tərzi

"Atletiko Madrid"
klubunun futbolçusu Markos Llorente qeyri-adi həyat tərzi ilə diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, İspaniyalı futbolçunun gündəlik vərdişləri və sağlamlıqla bağlı seçimləri sosial mediada geniş müzakirə olunur.
30 yaşlı yarımmüdafiəçi səhərlər günəş doğar-doğmaz çölə çıxaraq, üst geyimsiz və ayaqqabısız gəzinti edir. O, bu vərdişin bioloji ritmini sıfırladığını düşünür. Gündüzlər sarı şüşəli eynək taxan futbolçu, gecələr isə qırmızı camlı eynəklə gəzir. Llorente-nin fikrincə, gecə vaxtı süni işığa məruz qalmaq orqanizmin bərpa prosesinə mane olur.
Futbolçu hətta "İspaniya"
millisinin düşərgəsində olarkən belə, qaldığı otağa qırmızı işıq quraşdırır. Bu seçimlərinə görə bəzən tənqid olunsa da, o, “İnsanlar mənim üçün dəli deyə bilər, amma mən özümü tanıyıram” deyərək fikrində israrlı olduğunu bildirir.
Llorente qidalanmasında da fərqlilikləri ilə seçilir. O, "daş dövrü diyetası" (paleolitik dieta) tətbiq edir. Bu diyeta əsasən qırmızı ət, balıq, toyuq və tumlu qidaların istifadəsini nəzərdə tutur. İspan futbolçu süd məhsulları, şəkər, makaron, çörək, düyü və digər işlənmiş qidalardan uzaq durur.
Bu sağlam həyat tərzini biznesə də çevirən Llorente "Naked & Sated"
adlı sağlam qida restoranının sahibidir. O, həmçinin iki ulduzlu Michelin restoranında şərikdir və şəkərsiz enerji içkisi, yüksək keyfiyyətli qəhvə və "ağıllı" yataq kimi məhsullar üzrə biznes layihələrinə də sərmayə yatırıb.
Llorente son olaraq 31 min funt sterlinq (təxminən 1 milyon 735 min AZN) dəyərində olan və “bioloji yaşı azaltdığı” iddia edilən xüsusi yataqda yatması ilə də gündəmə gəlib. Yay aylarında isə nə günəş eynəyi, nə də günəş kremindən istifadə etmədən dincəlməsi tənqidə səbəb olmuşdu. O isə cavabında belə deyib: “Əgər dəri xərçənginin günəşdən yarandığını düşünürsünüzsə, cahillərin kralısınız.”