"Atletiko"nun futbolçusu İtaliyaya dönür
Madrid “Atletiko”sunun hücumçusu Ciakomo Raspadori yenidən İtaliya A Seriyasına qayıtmağı planlaşdırır.
90plus.az xəbər verir ki, İspaniya mətbuatında yer alan məlumatlara görə, 25 yaşlı forvard komandada müntəzəm olaraq əsas heyətdə şans qazana bilmir və buna görə də La Liqa klubundan ayrılmaq niyyətindədir. İtalyan futbolçuya ölkəsinin üç böyük komandası – “Roma”, “Milan” və “Yuventus” maraq göstərir. Hər üç klub Raspadorini transfer etmək üçün mübarizəyə başlayıb.
Raspadori “Atletiko”ya bu ilin avqustunda “Napoli”dən keçib. O, Madrid təmsilçisinin heyətində 11 görüşdə meydana çıxıb, 1 qola imza atıb və komandaya 2 asistlə töhfə verib.
© Copyright 2025, All Rights Reserved