Autsayder “Piza” lider “Milan”dan xal aldı
Zakari Atekame əlavə vaxtda uzaq məsafədən vurduğu qol ilə İtaliya A Seriyasının lideri “Milan”ı məğlubiyyətdən xilas edib və autsayder “Piza” ilə oyunda hesabı 2:2 edib.
90plus.az xəbər verir ki, bununla “Milan” İtaliya çempionatının indiyə qədərki ən sensasion nəticəsindən qaça bilib.
Bu həm də “Piza”nın 1981-ci ildən bəri “Milan”da qazana biləcəyi ilk qələbəni əlindən alıb.
A Seriyasına yeni yüksəlmiş “Piza” bu mövsüm 34 illik fasilədən sonra elitaya qayıdıb, amma hələ də qələbə qazana bilməyib.
ABŞ millisinin zədələnmiş ulduzu Kristian Pulişiçin yoxluğuna baxmayaraq, “Milan” matça açıq favorit kimi çıxmış və cəmi 7-ci dəqiqədə Rafael Leaonun qolu ilə önə keçmişdi. Lakin Xuan Kuadrado saat tamam olanda penaltidən hesabı bərabərləşdirib.
Matçın sonlarına yaxın böyük sürpriz baş verəcəkmiş kimi görünürdü – M’Bala Nzola uzaq ötürməni qəbul edib qapıçı Mayk Menyanı məğlub etməklə “Piza”nı 85-ci dəqiqədə önə çıxarmışdı.
Ancaq əlavə vaxtın üçüncü dəqiqəsində Atekamenin qolu “Milan”a 2:2 hesablı heç-heçəni gətirdi:
Milan 2 - 2 Piza
R. Leao 7'
X. Kuadrado 60' (pen.)
M. Nzola 86'
Z. Atekame 90+3'
Bu nəticə ilə “Milan” həftəsonu oyunlarından öncə “İnter”, “Napoli” və “Roma”nı iki xal qabaqlayıb.
Toplanılan bir xal “Piza”nı da sonuncu pillədən yuxarı qaldırıb – komanda 9 oyundan 4 xal toplayaraq “Fiorentina” və “Cenoa”nı bir xal geridə qoyub.
© Copyright 2025, All Rights Reserved