Avro-2026: Millimizin rəqibləri bilinib
Futzal üzrə Azərbaycan millisi Avro-2026-nın əsas mərhələsində 5-ci qrupda mübarizə aparacaq. 90plus.az seçmə mərhələnin Nyonda (İsveçrə) keçirilən püşkünə görə, Azərbaycan millisinin qrup tərkibini təqdim edir: 1. Azərbaycan 2. Xorvatiya 3. İsveç 4. Yunanıstan. Püşkatma tədbirində ölkəmizi futzal üzrə A milli komandanın meneceri Fərrux Hüseynzadə təmsil edib. Qeyd : 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünüb. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq. Avro-2026-nın oyun günləri: Əsas mərhələ : 9-18 dekabr 2024, 27 yanvar – 5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025. Pley-off / püşkatma : 15 may 2025; Pley-off / oyunlar : 15-24 sentyabr 2025; Final mərhələsi : 18 yanvar – 8 fevral 2026.