Avro-2029: Basketbol millimiz bu dəfə uduzdu
Azərbaycan millisi AVRO-2029 seçmə mərhələsində Şimali Makedoniyaya uduzub.
90plus.az xəbər verir ki, kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2029-un seçmə mərhələsində Şimali Makedoniya yığmasına 70:78 hesabı ilə məğlub olub.
Ötən turda Azərbaycan millisi İrlandiyanı 76:75 hesabı ilə məğlub etmişdi.
A qrupunda vəziyyət belədir:
1. Şimali Makedoniya – 8 xal
2. Lüksemburq – 5 xal
3. Azərbaycan – 5 xal
4. İrlandiya – 3 xal
Azərbaycan millisi növbəti turlarda xal fərqini artırmağa və qrupu keçmək üçün mübarizəsini davam etdirməyə çalışacaq.
© Copyright 2026, All Rights Reserved