AVRO-2032 Türkiyədə keçirilə bilər – UEFA-dan İtaliyaya xəbərdarlıq
UEFA-nın 2032-ci il Avropa çempionatını İtaliyadan alaraq Türkiyəyə verməsi ehtimalı gündəmə gəlib.
90plus.az xəbər verir ki, İspaniyanın “AS” nəşrində yayımlanan xəbərdə “İtaliyaya daha bir zərbə” başlığı ilə çıxış edilib və UEFA prezidenti Aleksander Çeferinin açıqlamalarına yer verilib. Çeferin İtaliyadakı stadionlar və təşkilati məsələlərlə bağlı narazılığını gizlətməyərək bildirib: “Əgər vəziyyət dəyişməzsə, turnir İtaliyada keçirilməyəcək.”
Məlumata görə, İtaliyada futbol infrastrukturu ilə bağlı problemlər, xüsusilə stadionların köhnə olması və yetərsizliyi AVRO-2032-nin təşkili üçün ciddi risk yaradır. Bu səbəbdən UEFA alternativ variant kimi Türkiyəni nəzərdən keçirir.
Xəbərdə qeyd olunur ki, Türkiyə həm müasir stadionları, həm də inkişaf etmiş infrastrukturu ilə turniri təkbaşına keçirməyə tam hazırdır. Bu isə AVRO-2032-nin gələcək taleyində mühüm rol oynaya bilər.
© Copyright 2026, All Rights Reserved