“Avroliqa”da 9-cu tur yekunlaşdı
“Avroliqa”nın 9-cu turu başa çatıb. Bu həftə “Fənərbağça Beko” evdə Fransanın “ASVEL” klubunu 81:67 hesabı ilə məğlub edərək turnirdə 4-cü qələbəsini qazanıb. Görüş “Ülker İdman və Tədbirlər Arenası”nda keçirilib.
90plus.az xəbər verir ki, türkiyəli baş məşqçi Ergin Atamanın rəhbərlik etdiyi Yunanıstan təmsilçisi “Panatinaikos” isə səfərdə “Srvena Zvezda”ya (Kızılyıldız) 68:86 hesabı ilə uduzub.
Turnir cədvəlinə gəlincə, 9 turdan sonra Litva təmsilçisi “Jalgiris Kaunas” 7 qələbə, 2 məğlubiyyətlə liderliyini davam etdirir. “Fənərbağça” 4 qələbə, 5 məğlubiyyətlə 13-cü pillədə qərarlaşıb. “Anadolu Efes” isə 3 qələbə və 6 məğlubiyyətlə 16-cı sıradadır. Ergin Atamanın “Panatinaikos”u 5 qələbə, 4 məğlubiyyətlə 8-ci yerdədir. Son sırada isə cəmi 2 qələbəsi olan “ASVEL” qərarlaşıb.
9-cu turun nəticələri:
“Srvena Zvezda” 86 – “Panatinaikos” 68
“Fənərbağça Beko” 81 – “ASVEL” 67
“Dubai Basketbol” 97 – “Hapoel Tel-Aviv” 109
“Baskoniya” 87 – “Virtus Bolonya” 76
“Makabi Tel-Aviv” 107 – “Monako” 112
“Paris Basketbol” 82 – “Bayern Münhen” 86
“Anadolu Efes” 93 – “Olimpiya Milano” 97
“Jalgiris Kaunas” 86 – “Valensiya Basket” 77
“Olimpiakos” 80 – “Partizan” 71
“Barselona” 92 – “Real Madrid” 101
© Copyright 2025, All Rights Reserved