Avropa Kuboku: “Nefçi” uduzmaqla başladı
 
                             
                         
                             
                                “Neftçi” Avropa Kubokuna məğlubiyyətlə başladı.
90plus.az xəbər verir ki, “Neftçi” basketbol klubu Avropa Kubokunun əsas mərhələsində ilk oyununa çıxıb. “Ağ-qaralar” səfərdə Polşanın “Trefl” komandası ilə üz-üzə gəlib.
Qdansk şəhərində keçirilən qarşılaşmada meydan sahibləri üstün oyun sərgiləyərək 92:63 hesabı ilə qalib gəliblər.
Bu nəticə ilə “Neftçi” turnirdə uğursuz start götürüb. Bakı təmsilçisi növbəti matçına hazırlıqlarını davam etdirir.
Qeyd: I qrupun digər oyununda Azərbaycanın başqa klubu — “Abşeron Lions” oktyabrın 16-da Bakıda Estoniyanın “Kalev” komandasını qəbul edəcək.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved