Avropa nəhəngləri Osimhen üçün yarışır
Avropanın nəhəngləri Viktor Osimhenin transferi uğrunda yarışa qoşulub.
90plus.az xəbər verir ki, Avropanın bir sıra aparıcı klubları yenidən “Qalatasaray”ın hücumçusu Viktor Osimhenlə maraqlanmağa başlayıb.
Məlumata görə, “Liverpul”, “Barselona”, PSJ, “Mançester Yunayted” və “Çelsi” nigeriyalı forvardın vəziyyətini yaxından izləyir.
Bundan başqa, Səudiyyə Ərəbistanı klublarının Osimhen üçün ildə 50 milyon dollardan artıq maaş təklif etməyə hazırlaşdığı bildirilir.
Türkiyə mediasının məlumatına görə, “Qalatasaray” rəhbərliyi ulduz hücumçusunu satmaq niyyətində deyil və onun komandanın hücum xəttində əsas fiqur kimi qalmasını istəyir.
ℹ️ Mənbə: GOAL
ƏLAVƏ: PSJ Viktor Osimhen üçün “Qalatasaray”a 150 milyon avro təklif etməyi planlaşdırır.
🔗Fichajes
© Copyright 2026, All Rights Reserved