“Liverpul” 100 milyonluq bomba partladır – Virts razılıq verdi!

İngiltərə Premyer Liqasının son çempionu olan “Liverpul” yay transfer dövrünə sürətli start verməyə hazırlaşır.
90plus.az xəbər verir ki, klubun Almaniyanın “Bayer Leverkuzen” komandasında çıxış edən ulduz futbolçu Florian Virts üçün bonuslarla birlikdə 100 milyon avronu aşan təklif etdiyi iddia olunur.
Məşhur futbol jurnalisti Fabrizio Romano bu barədə məlumat yayıb. Onun sözlərinə görə, “Liverpul” rəhbərliyi artıq “Bayer Leverkuzen” ilə danışıqlara başlayıb və razılaşmanın yaxın günlərdə yekunlaşması gözlənilir.
22 yaşlı yarımmüdafiəçi Florian Virts də qərarını verib. O, klubuna yalnız “Liverpul”a keçmək istədiyini bildirib. Bu da transferin reallaşma ehtimalını daha da artırır.
Hazırda “Bayer Leverkuzen” ilə 2027-ci ilə qədər müqaviləsi olan Virtsin “Transfermarkt”a əsasən bazar dəyəri 140 milyon avrodur. Gənc alman futbolçu bu mövsüm Bundesliqada keçirdiyi 45 oyunda 16 qol vurub, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu transfer baş tutarsa, yay transfer dövrünün ən çox danışılan hadisələrindən birinə çevrilə bilər.
© Copyright 2025, All Rights Reserved