“Ayaks”ın Çempionlar Liqası əzabı davam edir… Yenə uduzdu
Autsaydeylərin duelində qalib "Benfika" oldu.
“Ayaks”ın Çempionlar Liqasındakı əzabı davam edir. Komanda bu dəfə də turnirdə çətinlik yaşayan digər rəqib – “Benfika”ya uduzaraq cədvəldə sonuncu pillədə qaldı!
90plus.az xəbər verir ki, Çempionlar Liqası, Liqa mərhələsinin 5-ci turunda "Benfika" ilk qələbəsini qazandı. "Ayaks" isə bu turu da xalsız başa vurdu:
Ayaks 0-2 Benfika
S. Dal 6’
Barreiro 90'
Qollar:
https://t.me/doxsanplus/111169
https://t.me/doxsanplus/111177
Niderland klubu Avropada çox zəif formadadır. Bu, onların cari mövsümdə Çempionlar Liqasında ardıcıl 5-ci məğlubiyyətidir. Ötən mövsüm Avropa Liqasında da ardıcıl üç dəfə uduzmuşdular.
Özləri də 8 oyundur qələbə həsrətində olan “Benfika” Joze Mourinyonun rəhbərliyi altında nəhayət, Çempionlar Liqasında ilk qələbəsini qazandı.
Bu nəticə “Benfika”nın pley-off ümidlərini yenidən canlandırdığı halda, “Ayaks” isə sıfır xalla və cəmi bir qol vurmaqla turnirdən erkən şəkildə uzaqlaşma təhlükəsi ilə üz-üzə qaldı.
© Copyright 2025, All Rights Reserved