"Ayaks" İbrahimoviçi heyətinə qatdı
“Ajax” Zlatan İbrahimoviçin oğlunu icarəyə götürdü.
90plus.az xəbər verir ki, Hollandiya Liqası təmsilçisi “Ayaks” sabiq futbolçusu Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviçi heyətinə qatdığını açıqlayıb.
19 yaşlı hücumçu Maksimilian İbrahimoviç bu mövsümün sonuna qədər İtaliya klubu “Milan”dan “Ayaks”a icarə əsasında keçəcək. Hollandiya klubunun rəsmi açıqlamasında bildirilir:
“Ayaks" 19 yaşlı forvet Maksimilian İbrahimoviçin ‘Milan’dan icarə əsasında transferi ilə bağlı razılığa gəlib.”
Açıqlamada həmçinin qeyd olunub ki, icarə müqaviləsi bu mövsümün sonuna qədər, yəni altı ay müddətinə nəzərdə tutulub və müqavilədə “Ayaks”ın futbolçunu satın alma opsiyası da mövcuddur.
Maksimilian İbrahimoviç bu mövsüm “Milan”ın gənclər komandasında 17 oyunda iştirak edərək 5 qol və 4 asistlə yadda qalıb. “Ayaks” onu Hollandiya Liqasında hücum xəttinə əlavə güc kimi görür.
© Copyright 2026, All Rights Reserved