"Ayaks" "köhnə dost"un qapısını döydü
İnsayder Fabrizio Romanonun məlumatına əsasən, “Ayaks” klubu Erik ten Haqın baş məşqçi postuna gətirilməsi ilə bağlı danışıqlara start verib. Bu gün klub hazırkı çalışdırıcısı Conni Heytinqanı vəzifədən azad edib.
90plus.az xəbər verir ki, “Qarabağ”ın da Avropa arenasında rəqibi olan Amsterdam təmsilçisi, Heytinqanın gedişindən sonra Erik ten Haqla komandaya mümkün qayıdışı barədə ilkin təmaslar qurub.
Hazırda danışıqlar davam edir, lakin ten Haq hələlik yekun qərarını verməyib. Fabrizio Romanonun sözlərinə görə, o, bundan öncə “Vulverhempton” rəhbərliyi ilə danışıqları davam etdirməkdən imtina edib.
Ten Haqın sonuncu çalışdırdığı klub “Bayer” olub. Mütəxəssis sentyabr ayında alman təmsilçisindən ayrılıb. Buna qədər isə o, “Mançester Yunayted”in baş məşqçisi kimi fəaliyyət göstərib.
© Copyright 2025, All Rights Reserved