"Ayaks"dan qovulmuşdu, "Tottenhem"ə getdi
Con Heytinqa “Liverpul”un əsas komanda məşqçisi vəzifəsindən ayrıldıqdan bir ildən də az vaxt sonra Premyer Liqaya gözlənilməz qayıdış edib.
90plus.az xəbər verir ki, keçmiş “Ayaks” baş məşqçisi rəsmi olaraq Tomas Frankın rəhbərlik etdiyi “Tottenhem”in məşqçi heyətinə cəlb olunub.
Tomas Frank yeni təyinatla bağlı bildirib ki, Con heyət üçün çox dəyərli əlavədir. Onun bacarığı, şəxsiyyəti və xarakteri həm meydanda, həm də meydandan kənarda komandaya ciddi töhfə verəcək. Frank əlavə edib ki, Heytinqanın əsas vəzifəsi müdafiə xəttində çıxış edən futbolçularla işləmək olacaq.
Heytinqa 2024/25 mövsümündə “Liverpul”un Premyer Liqada çempion olduğu mövsümdə Arne Slotun məşqçi heyətində mühüm rol oynamışdı. Daha sonra baş məşqçi kimi “Ayaks”a qayıdan mütəxəssis uğursuz start səbəbindən noyabr ayında vəzifəsindən uzaqlaşdırılmışdı.
Beləliklə, Con Heytinqa qısa fasilədən sonra yenidən İngiltərə futboluna qayıdaraq “Tottenhem”də yeni mərhələyə start verib.
© Copyright 2026, All Rights Reserved