“Ayaks”ın qapıçısı “Qarabağ”la oyundan danışdı
Vitezslav Yaroş: “Qarabağa qarşı ən yaxşı oyunumuzu ortaya qoyacağıq”.
90plus.az xəbər verir ki, “Ayaks”ın qapıçısı Vitezslav Yaroş UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ”la keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Çexiyalı qolkiper komandanın son dönəmdə yüksəlişdə olduğunu vurğulayıb.
Yaroş Amsterdam klubunda özünü rahat hiss etdiyini deyib:
“Ayaks”da hər şey qaydasındadır, burada özümü xoşbəxt hiss edirəm. Komandamız son iki oyunda göstərdi ki, inkişaf yolundayıq. Mənim tərəfdən də böyük irəliləyiş var.
Sabah “Qarabağ”a qarşı meydanda ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”.
Gənc qapıçı rəqibə hörmətlə yanaşdıqlarını, lakin məqsədlərinin qələbə olduğunu əlavə edib.
Qeyd: “Qarabağ” – “Ayaks” oyunu sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və qarşılaşma saat 21:45-də start götürəcək.
© Copyright 2025, All Rights Reserved