Ayın qolu “Şəmkir”dən seçildi
Azərbaycan II Liqasında “Şəmkir” futbol klubunun üzvü Vidadi Cəfərov "Ayın qolu” layihəsində qalib olub.
90plus.az xəbər verir ki, dekabr ayının ən yaxşı qolunun müəllifi kimi 15-ci turun "Şəmkir" - "Göygöl" oyunundan əvvəl mükafatlar verilib.
Mükafatı Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
© Copyright 2025, All Rights Reserved