"Ayntraxt" futbolçusu ilə "nikah təzələdi"
"Ayntraxt" mövsümün sonunda müqaviləsi başa çatmalı olan Mario Qötze ilə bağlı qərarını açıqlayıb.
90plus.az xəbər verir ki, Bundesliqa təmsilçisi almaniyalı futbolçu ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2028-ci ilin 30 iyun tarixinə qədər qüvvədə olacaq sözləşmə bağlanıb.
Qeyd: "Ayntraxt" Mario Qötzeni 2022-ci ilin yayında PSV-dən 3 milyon avro qarşılığında heyətinə qatmışdı. Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olan təcrübəli futbolçu bu mövsüm Bundesliqa klubunun heyətində 26 rəsmi oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved