Ayxan Abbasov: “Zaman az olanda oyunçuları inandırmaq da çətin olur”
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Fransa ilə 1:3 hesablı başa çatan qarşılaşmadan sonra mətbuat konfransında geniş açıqlamalar verib. Mütəxəssis həm oyunu, həm də komandanın ümumi durumunu dəyərləndirib.
90plus.az xəbər verir ki, Abbasov ilk olaraq tribunadakı atmosferə toxunub:
“Azarkeşlərin dəstəyi bu gün xüsusi idi”
“Azarkeşlərə təşəkkür edirəm. Ab-hava möhtəşəm idi. Çoxdandır millinin oyununda belə atmosfer olmurdu. Hesabdan asılı olmayaraq futbolçularımızı sona qədər dəstəklədilər. Bu, onlara ruh verdi.”
“Fransaya qol vurmaq belə çətindir"
Baş məşqçi matçı belə dəyərləndirib:
Gənclərə etimad: “Mustafaya inanırıq”Mustafa Əhmədzadənin oyuna buraxılması ilə bağlı sualı cavablandıran Abbasov:
“Onu göstəriş üçün deyil, inandığımız üçün milliyə dəvət etmişik. Böyük potensialı var.”
“Xəyal Əliyev artıq əsas heyət üzvüdür”
Baş məşqçi iki oyunda startda yer alan Xəyal Əliyevin performansından razı qalıb:
“Xəyal haqq edirdi. İki matçda da yaxşı oynadı. Artıq millinin əsas oyunçularından biridir.”
“Bu seçmə mərhələ inam yaratdı”
Komandanın ümumi çıxışı barədə:
Taktiki qərarlar: “Oyunun axarı Abbası tələb etdi
Hesab 1:3 olarkən verilən dəyişikliklər barədə:
“Xəyal, Qismət, Renat yorulmuşdu. Sağ cinahda Abbası meydanda istədik, çünki təcrübəsi üstünlük verirdi".
“Əsas problem — futbolçuların klublarında oynamamasıdır”.
Mütəxəssis Azərbaycan futbolundakı struktur problemlərə toxunub:
Gələcək planlar və AFFA ilə danışıqlar
Baş məşqçinin sözlərinə görə, gələcəklə bağlı qərarlar tezliklə aydınlaşacaq:
“İnşallah. Yaxın zamanda cavablar olacaq. Qrup çətin idi, vaxt az idi. Amma nəyəsə nail olmaq üçün davamlı iş lazımdır.”
“Gələcəyi düşünürük, adaptasiya vaxtı lazımdır”
Mətbuatla davranış: “Bu məsələni nəzarətə götürəcəyəm”
Futbolçuların mediaya münasibəti ilə bağlı deyilənlərə Abbasov belə cavab verib:
“Birinci dəfə eşitdim. Lazımi söhbətləri edəcəyik.”
Transfer mövzuları: “Gəlsələr, hamısını Şamaxıya götürərəm".
Məşqçi yarızarafat belə deyib:
“Rza Cəfərovu gətirmək olsaydı, düşünərdik. Bəlkə Rikardonu milliləşdirək?”
Ayxan Abbasov mətbuat konfransını Azərbaycan futbolunun gələcəyi ilə bağlı nikbin notda tamamlayıb:
“Seçmə mərhələ bitdi. İrəliyə baxacağıq.”