Azarkeşlər Osimheni ağlatdı - FOTO
“Qalatasaray”lı azarkeşlər Viktor Osimhen üçün emosional koreoqrafiya hazırladı.
90plus.az xəbər verir ki, Çempionlar Liqası son 16 turu “Qalatasaray” – “Liverpul” matçı öncəsi sarı-qırmızılı azarkeşlər komandalarının ulduz futbolçusu Viktor Osimhen üçün xüsusi və anlamlı bir koreoqrafiya təqdim ediblər.
Şimal tribunasında həyata keçirilən koreoqrafiyada Osimhenin uşaqkən itirdiyi anasının şəkli yerləşdirilib. Görüntüdə Osimhen, “Qalatasaray” forması geyinmiş şəkildə, Nigeriyada çətin şəraitdə yaşayan uşaq Osimhenin əlindən tutaraq təsvir olunub. Koreoqrafiyada “Biz bir ailəyik və ailə hər şeydir” mesajı yer alıb.
Seremoniya sonrası tribunaya yaxınlaşan Osimhen duyğulanaraq azarkeşlərinə təşəkkürünü çatdırıb. Hətta oyunun 7-ci dəqiqəsində etdiyi asistlə də dəstəyinə sürətli cavab vermişdir. Futbolçu, təqdim olunan koreoqrafiya ilə bağlı bunları bildirib:
“Qalatasaray" azarkeşləri ilə birlikdə biz bir ailəyik.”
Rams Park stadionu xüsusi pankartlar və sarı-qırmızılı bayraqlarla bəzədilmiş, matç öncəsi tribunalar inanılmaz bir vizual şou ilə dolmuşdu. Bu jest, həm Osimhen, həm də bütün azarkeşlər üçün unudulmaz anlar yaşadıb.
© Copyright 2026, All Rights Reserved