Azərbaycan boksçusu Dünya Çempionu oldu - Finalda ermənini uddu
Azərbaycan boksçusu Sübhan Məmmədov (48 kq) dünya çempionu titulunu qazanıb.
90plus.az xəbər verir ki, millinin 19 yaşlı üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında bu uğura imza atıb.
Noyabrın sonunda U-23 Avropa çempionu olan Ağcabədi boks məktəbinin yetirməsi final görüşündə Rusiya idmançısı Edmond Xudoyanla qarşılaşıb. Məmmədov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) nəticəsi ilə məğlub edərək dünya çempionatının qızıl medalını qazanıb və beləliklə Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
Bu nəticə ilə Azərbaycan yığması 120 ölkənin iştirak etdiyi dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Əvvəlcə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda üçüncü yerə sahib olublar.
© Copyright 2025, All Rights Reserved