Azərbaycan çempionatında yeni mövsümün püşkləri atıldı

2025–2026-cı illər mövsümündə qadın və kişi voleybolçular arasında Yüksək Liqaların püşkatma mərasimi keçirilib.
90plus.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının İdman zalında baş tutan tədbirdə federasiya və klub nümayəndələri iştirak ediblər.
Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda – “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, həmçinin debütant “DH Volley”, “Turan” və “Gənclər” komandaları yarışacaqlar.
Turnir iki mərhələdən ibarət olacaq: liqa mərhələsi (ilkin hissə) və pley-off. Liqa mərhələsi dairəvi sistemlə, ev və səfər prinsipi əsasında bir dövrəlik formatda baş tutacaq. Bu mərhələnin nəticələrinə əsasən, ilk 8 yeri tutan kollektivlər pley-off mərhələsinə yüksələcəklər.
Kişilər arasında təşkil olunacaq çempionatda isə 6 komanda – "Azərreyl", “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər” mübarizə aparacaq.
Matçlar dairəvi sistem əsasında, ev və səfər formatında iki dövrəlik keçiriləcək.
İki dövrənin yekun nəticələrinə əsasən, ilk 4 yeri tutan komandalar pley-off mərhələsində oynamaq hüququ əldə edəcəklər.
© Copyright 2025, All Rights Reserved