Azərbaycan cüdoçuları dünyada 1-ci yerdədirlər

Cüdo üzrə Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinq cədvəlində birinci yerdə qərarlaşıblar.
90plus.az xəbər verir ki, hər ikisi Beynəlxalq Cüdo Federasiyasının (IJF) açıqladığı siyahıda liderlik edir.
Hidayət 7254 xal toplayaraq ən yaxın izləyicisi yaponiyalı Tatsuki İşiharanı (4800 xal) böyük fərqlə qabaqlayır. Zelim isə 6112 xalla birinci yerdədir və Matvey Kanikovskiy ilə İlya Sulamanidzeni geridə qoyur.
Digər cüdoçularımızdan Turan Bayramov (60 kq) iki pillə irəliləyərək 12-ci, Ruslan Paşayev (66 kq) isə bir pillə yüksələrək 19-cu sırada yer alıb. Uşanqi Kokaurinin (+100) bir pillə geriləməsinə baxmayaraq (16-cı yer), Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) mövqelərində heç bir dəyişiklik olmayıb. Onlar müvafiq olaraq, 8-ci və 10-cu pillələrdə qalırlar.
© Copyright 2025, All Rights Reserved