Azərbaycan Kuboku: 5-ci 1/4 finalçı məlum oldu
Azərbaycan Kubokunun 1/8 final mərhələsində günün son oyunu başa çatıb və 1/4 final mərhələsinə yüksələn 5-ci komanda müəyyənləşib.
90plus.az xəbər verir ki, "Qarabağ" Yevlax səfərində inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.
Qurban Qurbanovun komandası matç boyunca tam üstünlüyə sahib olub və oyunun sonlarına doğru üç qolla mərhələ adını rəsmiləşdirib:
Karvan 0-3 Qarabağ
Nəriman 79' 88'
Elvin Yunuszadə 83' (öz qapısına)
Qollar:
https://t.me/doxsanplus/111728
https://t.me/doxsanplus/111730
Bundan əvvəl “Turan Tovuz”, “Zirə”, “Şamaxı” və “Sabah” növbəti mərhələyə yüksəlmişdilər.
Sabah keçiriləcək 3 oyunla 1/4 finalın bütün iştirakçıları məlum olacaq.
Qeyd: 1/8 final mərhələsi bir oyundan ibarətdir və bu raundda yalnız Misli Premyer Liqası klublarının öz aralarında oynadığı qarşılaşmalarda VAR sistemi tətbiq olunur.
© Copyright 2025, All Rights Reserved