Azərbaycan Kuboku: Bütün oyunların tarixləri hazır

Azərbaycan Kubokunun 2025/26 mövsüm təqvimi açıqlandı.
90plus.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında 2025/26 mövsümündə keçiriləcək Azərbaycan Kubokunun tam oyun cədvəli elan olunub.
İlk təsnifat mərhələsi 9-10 oktyabr tarixlərində baş tutacaq. Bu raundda “Göygöl” – “Şəmkir”, “Sheki City” – “Araz Saatlı”, “Qaradağ Lökbatan” – “Ağdaş”, “Dinamo” – “Kür-Araz”, “Ağstafa Gəncləri” – “Şirvan” və “Quba” – “Xankəndi” cütləri üz-üzə gələcək.
İkinci təsnifat mərhələsi 28-29 oktyabrda keçiriləcək. Bu mərhələyə “Səbail”, “Şamaxı”, “Baku Sportinq”, “Karvan-Yevlax”, “İmişli”, “Qəbələ”, “Mingəçevir”, “Cəbrayıl”, “Şəfa”, “Şimal”, “Şahdağ Qusar”, “Turan Tovuz”, “Kəpəz”, “Difai”, “Zaqatala”, “Sumqayıt”, “Neftçi” və MOİK komandaları qoşulacaq.
1/8 final oyunları isə 2-3 dekabrda baş tutacaq. Bu mərhələdə “Qarabağ”, “Sabah”, “Araz-Naxçıvan” və “Zirə” mübarizəyə qatılacaq.
1/4 finalın ilk oyunları 3-4 fevralda, cavab görüşləri isə 3-4 martda oynanılacaq.
Yarımfinal mərhələsinin ilk matçları 2 aprel, cavab qarşılaşmaları isə 22 aprel tarixlərinə təsadüf edəcək.
Mövsümün qalibini müəyyən edəcək Azərbaycan Kubokunun final oyunu isə 13 may 2026-cı ildə keçiriləcək.
© Copyright 2025, All Rights Reserved