Azərbaycan Kuboku: “Şamaxı” və “Sabah” 1/4-də
"Şamaxı" və "Sabah" Azərbaycan Kubokunun 1/4 finalına adlayıb.
90plus.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsində daha iki vəsiqənin sahibi müəyyənləşib.
Şamaxı təmsilçisi doğma meydanda “Baku Sportinq”i minimal hesabla məğlub edərək 1/4 finala yüksəlib. Ayxan Abbasovun komandası növbəti mərhələdə “Qarabağ” – “Karvan-Yevlax” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək:
Şamaxı 1 - 0 Baku Sportinq
Şuaybu 69’
Qol: https://t.me/doxsanplus/111705
Kubokun son qalibi olan “Sabah” isə səfərdə çətin rəqibi keçməyi bacarıb. Əsas vaxt 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə Kahim Parris 96-cı dəqiqədə komandasına 1/4 final biletini qazandırıb. “Sabah” növbəti mərhələdə “Qəbələ” – “Şəfa” cütünün qalibi ilə qarşılaşacaq:
İmişli 1 - 2 Sabah
C. Mikels 59’
İ. Əliyev 89 (pen)
K. Parris 96’
Qollar:
https://t.me/doxsanplus/111703
https://t.me/doxsanplus/111707
https://t.me/doxsanplus/111711
Bu günün proqramına daxil olan üçüncü matç – “Qarabağ” – “Karvan-Yevlax” oyunu isə saat 19:00-da keçiriləcək.
Qeyd: 1/8 final mərhələsi bir matçdan ibarətdir. Dünən “Turan Tovuz” və “Zirə” artıq 1/4 finala vəsiqə qazanıblar.
Həmçinin bu mərhələdə yalnız Misli Premyer Liqası komandalarının öz aralarında oynadığı görüşlərdə VAR sistemi tətbiq olunur.
© Copyright 2026, All Rights Reserved