Azərbaycan Kuboku: “Turan Tovuz” 1/8-də
“Turan Tovuz”dan “Dinamo”ya qarşı darmadağın – 1/8 finala adladılar.
90plus.az xəbər verir ki, Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Dinamo” “Turan Tovuz”u qəbul edib. “Azərsun Arena”da baş tutan qarşılaşma Qərb təmsilçisinin tam üstünlüyü ilə keçib və “Turan” inamlı qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb – 5:0.
Dinamo 0 - 5 Turan
Vadji I. 19’ 51’
Aliyev S. 24’
Huseynov H. 41’
Murad Dadaşov 90’
📍 “Azərsun Arena”
Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz” bu nəticə ilə 1/8 finala yüksəlib. Komanda növbəti mərhələdə “Şimal” – “Şahdağ Qusar” görüşünün qalibi ilə üz-üzə gələcək.
Beləliklə, hazırda Azərbaycan Kubokunun 1/8 finalında yerini təmin edən komandalar bunlardır:
“Baku Sportinq”, “Karvan-Yevlax”, “İmişli”, “Şəfa”, “Kəpəz” və “Turan Tovuz”.
© Copyright 2025, All Rights Reserved