Azərbaycan Kuboku, yarımfinal: “Zirə” üstün oldu
“Zirə” səfərdə “Turan Tovuz”u məğlub etdi – finala doğru böyük addım atdı.
90plus.az xəbər verir ki, Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyununda “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun ilk hissəsində komandalar ehtiyatlı futbol nümayiş etdirib və hesab açılmayıb. Fasilədən sonra “Zirə” daha fəal oynamağa başlayıb və 55-ci dəqiqədə E. Aydın komandasını hesabda önə keçirib.
Matçın sonlarına yaxın “Turan Tovuz” hesabı bərabərləşdirməyə çalışsa da, qonaqlar əks-hücumda ikinci qolu vurublar. 89-cu dəqiqədə L. Mikels fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib:
Turan Tovuz 0 – 2 Zirə
E. Aydın 55’
L. Mikels 89’
Qollar: https://t.me/doxsanplus/115995
Beləliklə, “Zirə” səfərdə qələbə qazanaraq finala yüksəlmək yolunda ciddi üstünlük əldə edib. Komandalar arasında cavab qarşılaşması 21 apreldə keçiriləcək. Bu oyundan sonra finala vəsiqə qazanan tərəf müəyyənləşəcək.
© Copyright 2026, All Rights Reserved