Azərbaycan Kuboku: "Zirə" yarımfinalda
Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
90plus.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab görüşündə "Zirə FK" doğma meydanda "Sumqayıt FK"nı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada qolları 27-ci dəqiqədə David Volkov, 88-ci dəqiqədə isə Ceyhun Nuriyev vurublar.
“Gənclik şəhəri”nin təmsilçisi oyunu azlıqda başa vurub. Belə ki, 84-cü dəqiqədə Nikola Ninkoviç qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Komandalar arasında ilk oyunda hesab açılmamışdı. 1/4 final mərhələsinə martın 5-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved