Azərbaycan millisi evdə uduzdu
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2029-un təsnifat mərhələsinin A qrupunda növbəti matçına çıxıb.
90plus.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma bu dəfə Lüksemburq millisi ilə qarşılaşıb.
Bakıdakı oyun millimizin 90:95 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın ən məhsuldar oyunçusu 29 xalla çıxış edən Vesli Van Bek olub.
Xatırlatma: Millimiz qrupdakı ilk qarşılaşmasında səfərdə Şimali Makedoniya yığmasına 87:49 hesabı ilə yenilmişdi. A qrupundakı digər rəqibimiz isə İrlandiyadır.
© Copyright 2026, All Rights Reserved