Azərbaycan millisi Niderlandı məğlub etdi

Azərbaycanın amputant futbolçulardan ibarət milli komandası Bakıda keçirilən Millətlər Liqasının C qrupunda növbəti qarşılaşmasına çıxıb.
90plus.az xəbər verir ki, Ramil Həbibovun başçılıq etdiyi yığma bu dəfə Niderlandla qarşılaşıb.
Matç millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 50-ci dəqiqədə Sənan Hacıyev qeydiyyata alıb.
Qeyd: Komandamız daha öncə Belçika üzərində 3:0 hesablı qələbə qazanıb, İsrail yığması ilə isə heç-heçə (0:0) oynayıb. Millimiz növbəti oyununu bu gün Ukrayna komandasına qarşı keçirəcək. Görüş saat 17:00-da start götürəcək.
© Copyright 2025, All Rights Reserved