Azərbaycan millisindən daha bir qələbə
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın Azərbaycan millisi bu gün ikinci yoldaşlıq oyununu keçirib.
90plus.az xəbər verir ki, A milli Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edib.
Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda millimiz 2:1 hesablı qələbə qazanmışdı.
Qazaxıstan (Qadınlar) 0:1 Azərbaycan (Qadınlar)
Nigar Mirzəliyeva 82'
© Copyright 2025, All Rights Reserved