Azərbaycan millisinin heyəti bəlli oldu
Futzal üzrə Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı təşkil olunacaq.
90plus.az xəbər verir ki, hazırlıq prosesinə 18 futzalçı dəvət alıb.
Yığmanın toplanışı martın 23-dən 26-dək davam edəcək.
Milliyə çağırılan qapıçılar Rövşən Hüseynli ("Araz-Naxçıvan") və Cavad Məmmədov ("Baku Fire") olub.
Digər futzalçılar isə bunlardır: Tofiq Əliyev, Nihad İsmayılov, Emil Həsənzadə ("Neftçi İK"), Ədalət Ələkbərov, Ülvi Əliyev ("Araz-Naxçıvan"), Eldar Zeynalov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Nurlan Məmmədov, Murad Quluzadə, Məhəmməd Abbasov, Həsənəli Rəhimov ("Baku Fire"), Pünhan Qasımov (U-19).
© Copyright 2026, All Rights Reserved