Azərbaycan millisinin rəqibi Ukrayna oldu
Qadınlardan ibarət Azərbaycan basketbol millisi AVRO-2027-nin seçmə mərhələsində növbəti matçını keçirəcək.
90plus.az xəbər verir ki, E qrupunda mübarizə aparan Evren Alkayanın komandası 6-cı turda Ukrayna yığması ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, komandamız qrupdakı əvvəlki oyunlarda Bolqarıstana (48:141, 40:120), Monteneqroya (62:104, 35:94) və Ukraynaya (34:98) məğlub olub və 5 xalla sonuncu sıradadır.
© Copyright 2026, All Rights Reserved