Azərbaycan millisinin əsas üzvü zədələndi - Qarşıdakı 2 oyunu buraxacaq

Azərbaycanın U-21 millisinin və "Şamaxı" klubunun yarımmüdafiəçisi Edqar Adilxanov zədələnib.
90plus.az xəbər verir ki, gənc oyunçu təxminən 6 həftə meydanlardan kənarda qalacaq.
Milli komandanın heyətində zədə alan Adilxanov hazırda müalicə prosesindədir.
Böyük ehtimalla, o, U-21 yığmasının oktyabr ayında AVRO-2027-nin seçmə mərhələsində Çexiya (10 oktyabr) və Şotlandiya (14 oktyabr) komandalarına qarşı keçiriləcək oyunlarında iştirak edə bilməyəcək.
© Copyright 2025, All Rights Reserved