Azərbaycan millisinin üzvü əməliyyat olundu

"Şamaxı"nın və Azərbaycanın U-21 millisinin futbolçusu Edqar Adilxanov bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
90plus.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti açıqlayıb.
20 yaşlı yarımmüdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Niemeyerin iştirakı ilə ikitərəfli qasıq yırtığı diaqnozu üzrə uğurlu əməliyyat keçirib.
© Copyright 2025, All Rights Reserved