Azərbaycan Prezidenti: "Dünya Çempionatının ölkəmizdə keçirilməsi tarixi uğurdur"
Prezident İlham Əliyev futbol üzrə U-20 dünya çempionatının final mərhələsinin Azərbaycan və Özbəkistanda keçirilməsi barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, dövlət başçısı bu barədə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə danışıb:
“İdman sahəsində əməkdaşlıq istiqamətində mühüm nəticələr əldə olunub. Hər iki ölkənin birgə təşəbbüsü və səyləri nəticəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya Çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda baş tutması barədə qərar qəbul edib. Bu, Avropa ilə Asiyanı birləşdirən ortaq tarixi uğur sayılır”.
Qeyd: 1977-ci ildən etibarən iki ildən bir keçirilən U-20 Dünya Çempionatının 25-ci buraxılışına Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək. Bununla da, futbol tarixində ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində çıxış edəcək.
© Copyright 2026, All Rights Reserved