Azərbaycan Prezidentinin nəvəsi Dünya çempionatının finalında

Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva dünya çempionatının finalına vəsiqə qazandı.
90plus.az Azərbaycan Prezidenti İlham Əliyevin nəvəsi Əminə Əliyeva Kung Fu idman növü üzrə keçirilən 21-ci Dünya Çempionatının final mərhələsinə yüksəlib.
Çempionat İtaliyanın Peruca şəhərində baş tutub. 11 yaşlı idmançı Light sanda kateqoriyasında iştirak edərək, yarış boyunca göstərdiyi əzmkar çıxışla rəqiblərinə qalib gəlib və finala çıxmağa nail olub. Əminə Əliyevanın bu nailiyyəti yalnız şəxsi uğur kimi deyil, həm də Azərbaycan Kung Fu Federasiyasının və ümumilikdə ölkə idmanının beynəlxalq aləmdə nüfuzunu bir daha ortaya qoyur.
Qeyd: Final qarşılaşmasının yaxın günlərdə keçirilməsi planlaşdırılır.
© Copyright 2025, All Rights Reserved