Azərbaycan şahmatçıları Dünya Çempionatında 2-ci oldular
İspaniyada təşkil olunan qadın şahmat komandaları arasında dünya çempionatı başa çatıb.
90plus.az xəbər verir ki, turnirin finalında Azərbaycan yığması FIDE komandası ilə üz-üzə gəlib.
Hər iki qarşılaşmada FIDE komandası üstünlük əldə edib (3:1; 2,5:1,5). Bununla da Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionatında gümüş medala sahib olub. Birinci lövhədə çıxış edən Avropa çempionu Ülviyyə Fətəliyeva isə 10 oyunda 6 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və fərdi olaraq qızıl medal qazanıb.
Qeyd: Azərbaycan komandasının heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva yer alıblar. Komandanın kapitanı İlahə Qədimova, məşqçiləri isə Nicat Abasov və Qədir Hüseynov olublar.
© Copyright 2026, All Rights Reserved