Azərbaycan - Şimali Makedoniya matçını qadın hakim idarə edəcək
Qadınlardan ibarət milli komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununun hakim təyinatları bəlli olub.
90plus.az xəbər verir ki, martın 3-də saat 15:00-da “Dalğa Arena”da baş tutacaq görüşü Polşanı təmsil edən hakimlər briqadası idarə edəcək.
3 mart
Azərbaycan (qadınlar) – Şimali Makedoniya (qadınlar)
“Dalğa Arena”, saat 15:00
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Yuliya Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov
Hakimlər briqadası Polşanı təmsil edir.
© Copyright 2026, All Rights Reserved