Azərbaycanda idman verilişi "Ginnesin Rekordlar Kitabı"na düşdü

AzTV-də Azərbaycan şahmatının canlı siması, beynəlxalq kateqoriyalı hakim Faiq Həsənovun təqdim etdiyi “Şahmat klubu” proqramının idman sahəsində ən uzunömürlü televiziya verilişi kimi Ginnesin Rekordlar Kitabına daxil olması münasibətilə tədbir təşkil olunub.
90plus.az xəbər verir ki, Ginnes Rekordlar Kitabının nümayəndəsi Şeyda Subaşı təqdim edilən məlumatların ətraflı şəkildə yoxlanıldığını və rekordun müəyyən olunması üçün tələb olunan bütün şərtlərə cavab verdiyini bildirib. O, Ginnes Rekordlar Kitabının rəsmi diplomunu Faiq Həsənova təqdim edib.
Tədbirdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin rəhbəri Rövşən Məmmədov, eləcə də Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Faiq Həsənovun şahmatın inkişafına verdiyi töhfələrdən bəhs edib və onun yeni nəsil şahmatçıların formalaşmasındakı əvəzsiz rolunu xüsusi qeyd ediblər.
Tədbirin rəsmi hissəsindən sonra F.Həsənovun həyat və fəaliyyətinə həsr olunan “Fiqurların hakimi” adlı sənədli film nümayiş etdirilib.
Qeyd: “Şahmat klubu” proqramı 1969-cu ilin 27 mart tarixindən etibarən Azərbaycan Televiziyasında yayımlanır.
Xatırlatma: Faiq Həsənov ötən ay şahmat üzrə ən uzun müddət fəaliyyət göstərən kişi hakimi kimi rekorda imza ataraq xüsusi diplomla təltif olunub.
© Copyright 2025, All Rights Reserved