Azərbaycanda bəzi məşqçilərə qarşı sehr və cadu tətbiq edildiyi iddia olunur.
90plus.az xəbər verir ki, AzFar şirkətinin əməkdaşları “ASK Arena” stadionunun (əvvəllər “Şəfa”) meydançasında təmir işləri apararkən maraqlı bir hadisə ilə qarşılaşıblar. Onlar stadionda müəyyən şəxslərlə bağlı cadu əlamətləri aşkarlayıblar.
Məlum olub ki, caduda “Keşlə” klubunun (indiki “Şamaxı”) keçmiş baş məşqçiləri Yunis Hüseynov və Sənan Qurbanovun fotoşəkilləri və adları yer alıb. Həmçinin klubun əməkdaşı Eldəniz Yusifovun adı da həmin materialların arasında olub.
İddialara görə, bu hərəkət “Keşlə”nin uğursuzluğunu arzulayan və həmin vəzifəyə gəlmək istəyən yerli məşqçilərdən biri tərəfindən həyata keçirilib. [Mənbə: Prosport]
© Copyright 2025, All Rights Reserved