Azərbaycanlı boksçu Avropa Çempionatının finalında
Azərbaycanlı boksçu Sübhan Məmmədov Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan U-23 Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıb.
90plus.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən millinin aparıcı üzvü yarımfinalda İrlandiyalı Luis Runini məğlub edib.
Mamedov ilk iki raundda üstünlük qazanaraq, analoji yarışın əvvəlki çempionu ilə mübarizəni vaxtından əvvəl qələbə ilə yekunlaşdırıb. Rəqib güclü zərbədən zədələndiyi üçün həkimlər döyüşü dayandırıb və boksçumuz qalib sayılıb. O, sabah finalda ukraynalı Maksim Rudiklə üz-üzə gələcək.
Baş məşqçisi Elbrus Rzayev olan komandamızın digər üzvləri Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) isə Avropa çempionatını bürünc medalla tamamlayıblar.
© Copyright 2026, All Rights Reserved