Azərbaycanlı cüdoçudan qızıl medal
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişinyovda keçirilən U-23 Avropa çempionatında qalib adını qazanıb.
90plus.az xəbər verir ki, final qarşılaşmasında Kənan Nəsibov Polşa idmançısı Yakub Sordilini məğlub edərək qızıl medala sahib olub. Digər final iştirakçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq yarışını gümüş medalla başa vurub.
Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) üçüncülük uğrunda görüşdə üz-üzə gəliblər. Rəqibini məğlub edən Kotsoyev bürünc medal qazanıb.
Qeyd: Bir gün əvvəl Azərbaycan cüdoçusu İslam Rəhimov (66 kq) də Avropa çempionu olmuşdu.
© Copyright 2025, All Rights Reserved