Azərbaycanlı futbolçu Moskva klubuna keçdi
Rusiyanın “Torpedo” klubu azərbaycanlı futbolçu Sadiq Bağıyevin heyətinə cəlb olunduğunu rəsmən elan edib.
90plus.az xəbər verir ki, Moskva təmsilçisi U-19 milli komandamızın sabiq üzvü ilə 2029-cu ilin iyun ayınadək qüvvədə olacaq müqavilə bağlayıb.
22 yaşlı yarımmüdafiəçi yeni klubunda 66 nömrəli forma ilə çıxış edəcək.
Qeyd: Sadiq Bağıyev indiyədək karyerası boyunca “Kuban-Holdinq”, “Spartak” (Tambov) və “SKA-Xabarovsk” klublarının şərəfini qoruyub.
© Copyright 2026, All Rights Reserved